İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kiloqram “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından nümunələr götürərək laborator müayinələrə cəlb ediblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.
Hazırda ölkə ərazisində müşahidə edilən...
ETSN: Bakıda və Abşeron yarımadasında...
Xəzər dənizində dalğanın hündürlüyü 5,5...
Sabah Bakıda və Abşeron yarımadasının...
Qarlı havada travmaya görə Təcili və...