22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Bakıda sexdə yanğın olub (video)

21-02-2025

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 220kv.m. olan tamet sexində baş vermiş yanğın havanın küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 220kv.m. olan sexdə soba və rezin qəliblər 70 kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.

Paylaş: