Çində insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar edilib
Çin alimləri COVID-19-a səbəb olan SARS-CoV-2-yə bənzər şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər. Tədqiqata Wuhan Virusologiya İnstitutunda araşdırma aparan "yarasa qadın" kimi tanınan virusoloq Şi Zhengli rəhbərlik edib.
“Cell” jurnalında dərc olunan araşdırmaya görə, “HKU5-CoV-2” adlanan bu yeni virus SARS-CoV-2 ilə eyni ACE2 reseptorundan istifadə edərək insan hüceyrələrinə bağlana bilir.Alimlər bildirdilər ki, bu virusun heyvanlardan insanlara birbaşa ötürülməsi riski yüksəkdir.
Wuhan Virusologiya İnstitutu, Quançjou Laboratoriyası və Quançjou Elmlər Akademiyası tərəfindən aparılan araşdırmalar yarasalarda tapılan bu yeni virusun zoonoz riski daşıdığını ortaya qoyub.
COVID-19-un mənşəyi ilə bağlı mübahisələr davam edərkən, Şi və bəzi elm adamları virusun təbii şəkildə yayıldığını iddia edirlər.
Amma yeni kəşf edilən “HKU5-CoV-2” virusunun əvvəlki variantlara nisbətən insanlara uyğunlaşma potensialının daha yüksək olduğu bildirilir.
Türkiyədə sərnişin avtobusu aşıb, 37...
Braziliyada avtobusla yük maşını...
İtaliyanın "ağıllı ada"sı Aralıq...
Tarixdə ilk sikkənin Anadoluda istifadə...
Milli Hidrometeorologiya Xidməti: Dağlıq...