22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

FHN yolların buz bağlaması ilə əlaqədar piyadalar üçün tövsiyələr hazırlayıb

21-02-2025
IMG

Fövqəladə Hallar Nazirliyi yolların buz bağlaması ilə əlaqədar piyadalar üçün tövsiyələr hazırlayıb.

Fhnews.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi feysbuk hesabında məlumat paylaşılıb. Həmin tövsiyələri təqdim edirik:

- ayaqqabını sürüşməyə qarşı hazırlayın, ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

- sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun;

- yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

- sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.

Paylaş: