22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

AYNA qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

21-02-2025
IMG

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

AYNA-dan verilən məlumata görə, hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir.

“Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr müşahidə oluna bilər. Şəxsi avtomobilləri ilə yola çıxan sürücüləri daha böyük ara məsafəsi saxlamağa, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. AYNA Mənzil başına tez və təhlükəsiz çatmaq istəyən vətəndaşlara ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edir”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.

Paylaş: