21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

19-02-2025
IMG

Gələcəyin texnologiyalarını kəşf etməyə və öz innovativ ideyalarını reallaşdırmağa hazırsan?

Dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2025” bu ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində keçiriləcək. Festivalda komandalar 51 əsas, 117 altkateqoriya üzrə yarışacaq.

Bakı Dövlət Universitetindən verilən məlumata görə, universitet 2022-2024-cü illər ərzində 5 fərqli “TEKNOFEST” yarışmasında təmsil olunub. Bu illər ərzində BDU-nu təmsil edən tələbələrdən ibarət 48 komanda 20 kateqoriya üzrə “TEKNOFEST” yarışmalarında iştirak edib. Nəticədə BDU komandaları 6 dəfə “TEKNOFEST”in qalibi olub.

“TEKNOFEST-2025” festivalı haqqında ətraflı məlumatı bu linklər vasitəsilə əldə etmək olar.

Paylaş: