Dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Fevralın 20-si saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Yardımlı, Lerik, Fizuli, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı və Abşeron yarımadasının bəzi ərazilərində arabir qar yağır.
Şahbuz, Şəmkir, Naftalan, Ceyrançöl, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran, Astara, Ağdamda yağış müşahidə olunur.
Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 25 metrədək, sarı xəbərdarlığa uyğun olaraq isə Şirvanda saniyədə 16 metrədək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 4, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.
Küləkli hava şəraiti ilə əlaqədar...
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ...
Faktiki hava: Şaxtalı və qarlı hava...
İşğaldan azad olunmuş ərazilərdə həyata...
Ən rekord şaxta 2012-ci ilin fevralında...