22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Kolumbiyada meşələrin qırılması 2024-cü ildə  35 %  artıb

21-02-2025
IMG

Cənubi Amerika ölkəsi Kolumbiyada meşələrin qırılma sürətinin 2024-cü ildə 35 faiz artdığı bildirilib.

Ekologiya və Davamlı İnkişaf naziri Susana Muhamad açıqlamasında 2023-cü ildə ölkədə 79 min 256 hektar meşə sahəsinin məhv olduğunu, 2024-cü ildə meşələrin qırılmasının 35 faiz artdığını və 107 min hektar ərazinin məhv edildiyini bildirib.

"Bu, qətiyyən yaxşı xəbər deyil"- deyən nazir  2022-2024-cü illər arasında 212 min hektardan çox sahədə meşələrin qırılmasının qarşısı alındığını söyləyib. Bu, 118 milyondan çox ağacın xilas edilməsi deməkdir.

"Meşələrin qırılması 2022-ci ilə nisbətən təxminən 23 min hektar artsa da, bu, strateji ərazilərdə qorunma problemlərini əks etdirir, eyni zamanda hökumətin mühafizə tədbirlərini gücləndirmək əzmini təsdiqləyir"-deyə Susana Muhamad bildirib. 

Ətraf Mühit Nazirliyinin məlumatına görə, Kolumbiyada ən çox meşələrin məhv edildiyi il 2019-cu il olub.O zaman 219 min hektar meşə sahəsi məhv edilib. 
Qeyd olunur ki, qanunsuz mədənçıxarma və maldarlıq ölkənin müxtəlif yerlərində meşələrin qırılmasının əsas səbəblərindəndir.

Paylaş: