Asiya Parlament Assambleyasının Sosial və Mədəni Məsələlər üzrə Daimi Komitəsinin iclası keçirilib
Fevralın 19-da Milli Məclisdə Asiya Parlament Assambleyasının (APA) Sosial və Mədəni Məsələlər üzrə Daimi Komitəsinin iclası keçirilib.
Fhnews.az xəbər verir ki, iclasda əvvəlcə gündəlikdəki məsələlər müzakirəyə çıxarılıb.
APA-nın Sosial və Mədəni Məsələlər üzrə Daimi Komitəsinin sədri Gennadiy Ordenov bildirib ki, bu gün dünyada mövcud olan sosial və siyasi strukturlar insan hüquqları və təhlükəsizlik məsələləri ilə yanaşı, qlobal dəyişikliklərə də təsir göstərməkdə davam edir: “Millətlərin öz tarixi və mədəni dəyərlərini qoruması, əxlaqi prinsiplər əsasında cəmiyyətin inkişafına töhfə verməsi müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Dünyanın sivilizasiyaları və fərqli mədəniyyətləri, hüquqi çərçivələrdə bir-birini tanıyaraq əməkdaşlıq etməli və qarşılıqlı anlaşma əsasında inkişaf etməlidir. Xüsusilə, Şərq ölkələrinin Rusiya çərçivəsində qurduğu əməkdaşlıq mexanizmləri bu istiqamətdə mühüm addımlardan biridir”.
Sonra APA Katibliyi tərəfindən Daimi Komitənin son dövrlərdəki fəaliyyəti barədə hesabat təqdim olunub.
İclasda Asiya ölkələrində qadın parlament üzvlərinin vəziyyətinin nəzərdən keçirilməsi məsələsinə də toxunulub. Qeyd edilib ki, APA 2014/16 saylı qətnaməni qəbul edərək Sosial və Mədəni Məsələlər üzrə Daimi Komitənin tərkibində qadın parlament üzvləri üçün xüsusi komitə yaradılması barədə qərar verib. Bu çərçivədə qadın parlament üzvləri maraqlandığı mövzularda fikir və hesabatlarını təqdim etməyə dəvət olunurlar.
Toplantı çərçivəsində, həmçinin APA İcraiyyə Şurası tərəfindən tövsiyə olunan qətnamə layihələri nəzərdən keçirilib. Belə ki, Bakıda keçiriləcək İcraiyyə Şurasının iclasında təqdim olunan 13 qətnamə layihəsi müzakirə edilib.
Digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Yekunda layihələrə edilən müəyyən dəyişikliklərlə gündəliyin bütün məsələləri qəbul edilib.
Azərbaycanın və Tailandın parlamentləri...
Azərbaycan xalqına qarşı çoxsaylı...
XİN BBC-nin Azərbaycandakı...
Butan Milli Assambleyasının sədri:...
Azərbaycan və Ukrayna Xarici İşlər...