ABŞ-da daşqın və fırtına ciddi problemlərə yol açıb
ABŞ-nın bəzi ştatlarında güclü yağış daşqınlara səbəb olub. Kentukki əyalətində 13 nəfər ölüb, çox sayda insan itkin düşüb.
CNN-nin məlumatına görə, daşqınlar nəticəsində Qərbi Virciniyada 12 nəfər, Kentukkidə 11, Corciyada isə 1 nəfər fırtınanın yaratdığı külək nəticəsində ağacın evin üzərinə aşması nəticəsində həyatını itirib.
Qərbi Virciniya qubernatoru Patrick Morrisey bildirib ki, daşqınlar nəticəsində çoxlu insan itkin düşüb.
Kentukki qubernatoru Endi Beşir isə daşqınlarda 1000-dən çox insanın xilas edildiyi məlumatını paylaşıb.
Qeyd edək ki, bu daşqınlar Amerikanın bəzi ştatlarında həftəsonu yağan yağışlar səbəbindən baş verib.
Nyu-Yorkdan Alabamaya qədər ən azı 700 min ev və iş yeri yağış, külək və daşqınlar səbəbindən işıqsız qalıb.Fövqəladə vəziyyət elan edilən bölgədə axtarış-xilasetmə işləri davam edir.
Lufthansa aviaşirkəti Qazaxıstana...
Almaniyanın çip istehsalı müəssisəsinə...
Bu gün Ümumdünya Sosial Ədalət günüdür...
Türkiyə 5G texnologiyasına keçir...
Botsvana güclü yağışlar səbəbindən...