Nigeriyanın cənubunda Lassa qızdırması 13 nəfərin ölümünə səbəb olub
Nigeriyanın cənubundakı Edo əyalətində azı 13 nəfər Lassa qızdırması səbəbindən ölüb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, ştat hökuməti bu infeksiyaya ötən il dekabrın 30-dan etibarən 83 yoluxma hadisənin qeydə alındığını təsdiqləyib.
Bildirilib ki, yüksək ölüm nisbətinin əsas səbəbi insanların xəstəxanaya ağırlaşmış və gecikmiş halda müraciət etməsidir. Qeyd edilib ki, əgər qızdırma 72 saatdan çox davam edərsə, mütləq tibbi yardım müəssisələrinə yaxınlaşmaq lazımdır.
Xatırladaq ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 2024-cü ildə Nigeriyada Lassa qızdırmasından 214 nəfər ölüb.
Çində hərbi peykləri izləyə bilən...
Moskvada güclü yanğının söndürülməsinə...
ABŞ-də iki təyyarə toqquşub, ölənlər var...
Araşdırma: Avropada ömür uzunluğu artımı...
Alimlər xərçənglə mübarizədə iştirak...