20 fevral 2025, cümə axşamı Bakı, 1°C
IMG-LOGO

Magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb

17-02-2025
IMG

Magistraturaya qəbul imtahanında istifadə olunan test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, test tapşırıqlarının izahları isə gün ərzində Mərkəzin internet saytına yerləşdiriləcək.

Xatırladaq ki, imtahanın nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Paylaş: