20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

Bakı-Balakən-Bakı qatarlarının stansiya və dayanacaqlarda dayanma müddəti artırılıb

18-02-2025
IMG

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Balakən-Bakı marşrutundan istifadə edən sərnişinlərin daha rahat minib-düşməsini təmin etmək üçün hərəkət cədvəlində müəyyən tənzimləmələr tətbiq edib.

ADY-dən verilən məlumata görə, stansiya və dayanacaqlarda qatarların dayanma müddəti artırılıb.

Bununla yanaşı, bu xətt üzrə Balakəndən Bakı istiqamətində hərəkət edən qatarın yola düşmə vaxtı 22:10-dan 22:00-a dəyişdirilib.

Paylaş: