Bu axşam İstanbulda qar fırtınası başlayacaq
İstanbulda bir həftədir gözlənilən qar yağışı bəzi bölgələrdə intensivliyini artırmağa davam edir. İstanbulda məktəblərdə təhsilə ara verilib. Bu gün saat 22.00-dan sonra yağan qarın bütün şəhərə təsirini artıracağı gözlənilsə də, meqapolisin bəzi yerlərində qar qalınlığının 40 santimetrə çata biləcəyi təxmin edilir. Avropa Yaxasında Sultanqazi, Eyüpsultan və Küçükçekmecedə fasilələrlə təsirli olan qar, Arnavutköy və Başakşehirdə də intensivliyini artırıb. Yüksək ərazilərdən sonra şəhər daxilində təsirli olmağa başlayan qar yağışı Bağcılar, Esenler, Kağıthane, Sarıyer, Beyoğlu və Beşiktaşda da öz təsirini göstərir.
Güclü yağışın təsirinə məruz qalan şəhərin bəzi hissələri ağ rəngə bürünsə də, yollarda yığılan qar səbəbindən sürücülər nəzarətli şəkildə hərəkət etməyə çalışır.
İstanbul Hava Limanı Operatoru İGA qrupları hava limanı ətrafındakı yollarda və enmə zolağında qar təmizləmə işlərini davam etdirir.
Meteoroloji Fövqəladə Hallar Komitəsinin (MADKOM) qərarı ilə ləğv edilən uçuşlar istisna olmaqla, hava nəqliyyatında heç bir problem yaranmayıb.
Axşam saatlarında yağan qarın intensivliyinin artacağı gözlənilir.
Arxeoloqlar Homo sapiensə aid 80 min...
Astronomlar ilk dəfə Günəş sistemindən...
Çin Yerə yaxın asteroiddən nümunələr...
Pakistanda mikroavtobusun dərəyə aşması...
Alimlər xəbərdarlıq edir: İnsanlar üçün...