20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

18-02-2025
IMG

Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirinin ardınca paytaxtda beynəlxalq təlim-məşq toplanışı start götürüb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan toplanışda 14 ölkədən 100-dən çox cüdoçu iştirak edir.

Hazırlıq prosesinə Avstraliya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yaponiya, Almaniya, Macarıstan, Yunanıstan, İsveçrə, Tacikistan, Sloveniya, Ukrayna və Azərbaycan idmançıları qatılıblar.

Fevralın 21-dək davam edəcək toplanış cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.

Paylaş: