20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib

18-02-2025
IMG

Fevralın 18-də Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Fhnews.az xəbər verir ki, Belarus Milli Assambleyası Respublika Şurasının nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Musa Qasımlı, Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, səfirlər Məhərrəm Əliyev, Dmitriy Pineviç və digər rəsmi şəxslər qarşılayıblar.

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, bundan əlavə, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcək.

Paylaş: