Misirdə 18-ci Fironlar sülaləsinin sonuncu fironunun məzarı aşkar edilib
Misir Turizm və Qədim Əsərlər Nazirliyindən verilən yazılı açıqlamada, Qədim Əsərlər Ali Şurası ilə Yeni Dövlət Araşdırma Qurumunun Misir-İngiltərə müştərək arxeoloji missiyasının 3500 il əvvələ aid olan Kral II Tutmosun (e.ə. 1493-1481) məzarının üzə çıxarılmasına nail olduğu bildirilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, bu,Misirdə XVIII sülalə krallarının itirilmiş sonuncu məzarıdır.
Məzar 2022-ci ildə Luksor şəhərində-Krallar Vadisinin təxminən 2,4 kilometr qərbindəki Taybe dağında girişi və əsas keçidi olan bir türbənin qazıntıları və arxeoloji tədqiqatları zamanı üzə çixib. Nazirliyin açıqlamasında ifadələri yer alan Turizm və Qədim Əsərlər naziri Şerif Fəthi bunun 1922-ci ildə Kral Tutankhamonun məzarının tapılmasından sonra tapılan ilk kral məzarı olduğunu bildirib.
Qədim Əsərlər Ali Şurasının baş katibi Məhəmməd Xalid də türbədən tapılan qabların bəzi hissələrində kral II Tutmosun, eləcə də onun həyat yoldaşı Hatşepsutun adının yazıldığını və bu yazıların məzarın sahibinin kimliyini təsdiqlədiyini qeyd edib.Xalid bu kəşfi son illərin ən mühüm arxeoloji kəşflərindən biri adlandırıb.
Arxeoloqlar Homo sapiensə aid 80 min...
Astronomlar ilk dəfə Günəş sistemindən...
Çin Yerə yaxın asteroiddən nümunələr...
Pakistanda mikroavtobusun dərəyə aşması...
Alimlər xəbərdarlıq edir: İnsanlar üçün...