FHN: Ötən sutka ərzində 23 yanğına çıxış olub, 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib, yanğınlar nəticəsində 2 nəfər xəsarət alıb, qəza-xilasetmə əməliyyatları zamanı 4 nəfərin meyiti təhvil verilib.
ADY-nin qatarları qarlı-çovğunlu hava...
AZAL-ın təyyarələri qarlı-çovğunlu hava...
Qubada zəlzələ baş verib...
Xocalı rayonunda mina hadisəsi baş...
Küləkli hava şəraiti ilə əlaqədar...