22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Santorinidəki vulkan aktivləşib

21-02-2025
IMG

Yunanlı zəlzələ elmləri professoru Panayotis Papadimitriu Egeydəki seysmik aktivliklə bağlı mühüm açıqlamalar verib. Papadimitriu bildirib ki, Santorinidəki Yeni Kameni vulkanı yanvarın sonundan etibarən aktivləşib. Yunan mətbuatına açıqlama verən Papadimitriu vulkanik fəaliyyətin bölgədəki yer deformasiyası ilə əlaqəli olduğunu qeyd edərək, Santorini və ətrafındakı Yamurgi adasındakı seysmik fəaliyyətlərlə bağlı iki mümkün ssenarinin olduğunu vurğulayıb.

O deyib ki, birinci ssenariyə görə, seysmik aktivlik zamanla zəifləyə və dayana bilər , lakin ikinci ssenaridə 6-6,3 bal gücündə zəlzələ baş verə bilər. Panayotis Papadimitriu  belə bir zəlzələnin ətraf adalara ciddi təsir etməyəcəyini bildirib.

Paylaş: