22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

İngiltərənin yoxsul bölgələrində xərçəngdən ölüm nisbəti yüzdə 60 daha yüksəkdir

22-02-2025
IMG

İngiltərədə aparılan bir araşdırma, ölkənin ən yoxsul bölgələrində yaşayan insanlarda xərçəngdən ölüm nisbətinin daha varlı bölgələrdə yaşayanlara nisbətən  60 % daha çox olduğunu ortaya qoyub.

Böyük Britaniyadakı Xərçəng Araşdırmaları Vəqfinin yeni bir araşdırmasına görə, hər il yoxsulluq səbəbindən 28.400 əlavə xərçənglə əlaqəli ölümlər baş verir ki, bu da gündə 78 əlavə ölüm deməkdir. 

Tədqiqat ölkənin ən yoxsul bölgələrində yaşayan insanlarda xərçəngdən ölüm nisbətinin daha varlı bölgələrdə yaşayanlarla müqayisədə 60 faiz yüksək olduğunu aşkar edib. Araşdırmada bu ölümlərin demək olar ki, 47 %-nin ağciyər xərçəngindən olduğu qeyd edilib və ən yoxsul bölgələrdə bu xərçəng növünə bağlı ölüm nisbətlərinin 3 dəfə çox olduğu aşkarlanıb.

Böyük Britaniyada xərçəng diaqnozlarının təxminən 10 faizinin birbaşa yoxsulluqla əlaqəli olduğu da vurğulanıb. Bu xəstələrin təcili müraciətlər nəticəsində xərçəng diaqnozu qoyulma ehtimalının yüzdə 50-dən çox olduğu da diqqət çəkib.

Araşdırmada siqaretin İngiltərədə xərçəngin ən böyük səbəbi olduğu vurğulanıb və ölkənin ən yoxsul bölgələrində ən varlı bölgələrlə müqayisədə siqaret çəkmə nisbətlərinin ən az 3 dəfə yüksək olduğu qeyd edilib.

Xərçəng Araşdırmaları Vəqfi Siyasət və İnformasiya Direktoru  Ian Walker araşdırma ilə bağlı verdiyi açıqlamada bidirib ki, bu rəqəmlər qəbuledilməzdir, lakin ən əsası onların qarşısı alına bilər. 

Yoxsul bölgələrdə xərçəngin gec diaqnozunun böyük problem olduğunu söyləyən Walker "İngiltərənin Milli Səhiyyə Xidmətlərinə (NHS) çıxışı artırmaq və yenilikçi üsullarla dəstəkləmək həyati əhəmiyyət kəsb edir. Kömək istəyən hər kəs layiq olduğu səhiyyə xidmətini almalıdır"-deyə əlavə edib.

Paylaş: