23 fevral 2025, bazar Bakı, 0°C
IMG-LOGO

“Könüllü DOST” proqramına daha 127 nəfər cəlb olunub

22-02-2025
IMG

Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayan “Könüllü DOST” proqramına bu ilin yanvar ayı ərzində 2,9 min müraciət olub, 127 nəfər proqrama cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub.

Ümumilikdə “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları əhatə edir.

Proqrama cəlb olunan şəxslər DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və digər işlərdə kömək göstərirlər.

Könüllülük fəaliyyəti, eyni zamanda, onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlarını atmalarına imkan yaradır.

Paylaş: