23 fevral 2025, bazar Bakı, 0°C
IMG-LOGO

Faktiki hava: Azərbaycanda qısa fasilədən sonra yenidən qar yağır

22-02-2025
IMG

Azərbaycanda fevralın 22-də saat 19:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində gündüz saatlarında yağıntıda yaranan qısa fasilədən sonra yenidən Abşeron yarımadasının bəzi yerlərində zəif qar yağır.

Eyni zamanda, Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Balakən, Şəki, Şamaxı, İsmayıllı, Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Quba, Qusar, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada da qar yağır.

Paylaş: