Azərbaycan Endouroloji Cəmiyyətinin II Konqresində ən son elmi yeniliklər müzakirə olunub
Fevralın 22-də Bakıda Azərbaycan Endouroloji Cəmiyyətinin II Konqresi keçirilib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Endouroloji Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının 50 illik yubileyinə həsr olunub.
Yerli və xarici aparıcı mütəxəssislərin qatıldığı konqresdə səhiyyə naziri Teymur Musayev çıxış edərək ölkəmizdə urologiya sahəsində əldə olunan nailiyyətlərdən və bu sahənin perspektivlərindən bəhs edib.
Sonra Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli Urologiya kafedrasının fəaliyyətini və elmə verdiyi töhfələri vurğulayıb.
Tədbirdə çıxış edən akademik Südeyif İmamverdiyev Urologiya kafedrasının 50 illik tarixinə nəzər salaraq, kafedranın keçdiyi inkişaf yolundan və bu sahədə yetişən tanınmış mütəxəssislərdən bəhs edib.
Azərbaycan Endouroloji Cəmiyyətinin sədri, professor Rauf Nağıyev çıxış edərək ölkəmizdə endourologiyanın inkişafı və cəmiyyətin bu sahəyə verdiyi töhfələr barədə ətraflı məlumat verib.
Tədbirdə dünyanın nüfuzlu urologiya mütəxəssisləri, o cümlədən professor Ateş Kadıoğlu (Türkiyə), professor Thomas Knoll (Almaniya), professor Bhaskar Somani (Böyük Britaniya), professor Athanasios Papatsoris (Yunanıstan) və digər tanınmış alimlər müasir endourologiyanın aktual məsələləri ilə bağlı məruzələr təqdim ediblər.
Konqres çərçivəsində urologiya sahəsində ən son elmi yeniliklər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb və multidisiplinar əməkdaşlıq imkanları dəyərləndirilib.
DİN hava şəraiti ilə bağlı xəbərdarlıq...
Haçadağda Xocalı soyqırımı qurbanlarının...
Zığ dairəsi-Hava limanı yolunda bəzi...
Azərbaycan Endouroloji Cəmiyyətinin II...
Faktiki hava: Azərbaycanda qısa...