Los-Anceles meri səhlənkarlıq göstərdiyi üçün yanğınsöndürmə rəisini işdən çıxarıb
ABŞ-da Los-Anceles meri Karen Bass yanğınların söndürülməsində səhlənkarlıq göstərdiyi üçün yanğınsöndürmə rəisi Kristin Kroulini vəzifəsindən azad etdiyini açıqlayıb.
X sosial media platformasında verdiyi açıqlamada Bass bildirib ki, Krouli yanğınlarla bağlı əməliyyat sonrası hesabat hazırlamaqdan imtina edib.
Yanğınların başladığı gün 1000 yanğınsöndürənin Kroulinin nəzarəti altında evlərinə göndərildiyinə diqqət çəkən Bass bu vəzifəni müvəqqəti olaraq yanğınsöndürmə rəisinin keçmiş müavini Ronnie Villanuevanın icra edəcəyi açıqlanıb.
Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında Los-Ancelesin Pacific Palisades bölgəsində başlayan və başda Eaton, Hurst, Sunset və Woodley bölgələri olmaqla ətraf ərazilərə sürətlə yayılan meşə yanğınlarında 29 nəfər həyatını itirib.
Minlərlə hektar əraziyə ziyan vuran yanğınların vurduğu ümumi zərərin 250-275 milyard dollar olduğu təxmin edilir.
Türkiyəni ziyarət edənlərin sayında...
Fransa Port-Buet hərbi bazasını təhvil...
Braziliyada fövqəladə vəziyyət elan...
Los-Anceles meri səhlənkarlıq göstərdiyi...
ABŞ-nın Ədliyyə Naziri Kennedinin qətli...