23 fevral 2025, bazar Bakı, 0°C
IMG-LOGO

Türkiyəni ziyarət edənlərin sayında artım olub

22-02-2025
IMG

Türkiyə yanvar ayında 2 milyon 171 min 118 turist  qəbul edib. 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən açıqlamaya görə, turizmdə 2025-ci ilə güclü bir başlanğıc edən Türkiyəni ziyarət edənlərin sayında yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 6,06 faiz artım qeydə alınıb.

Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr sırasında İran 240 min 643 nəfərlə birinci, Rusiya Federasiyası 203 min 733 nəfərlə ikinci, Bolqarıstan isə 165 min 792 nəfərlə üçüncü yeri tutub.

Paylaş: