Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi olub
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Fhnews.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın hər il gimnastika üzrə beynəlxalq yarışlara ev sahibliyi etdiyini və bunun ölkə idmanının inkişafı üçün mühüm önəm daşıdığını vurğulayıb. Gimnastlarımızın "Paris-2024" Yay Olimpiya Oyunlarında yaxşı nəticələr əldə etdiyini söyləyən nazir bu uğurların davamlı olacağına inandığını bildirib. F.Qayıbov turnirdə iştirak edən bütün idmançılara müvəffəqiyyətlər arzulayıb və Dünya Kubokunu açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir bədii hissə ilə davam edib.
Batut gimnastikası üzrə Azərbaycanı qadınlarda Selcan Mahsudova, Şəfiqə Hümbətova, kişilərdə isə Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar), Mehdi Əliyev (fərdi çıxış), Əli Niftəliyev təmsil edirlər. Qeyd edək ki, turnirdə ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış edəcəklər.
Tamblinq üzrə isə Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev və Aleksey Karataşov medallar uğrunda mübarizə aparırlar.
Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq. Yarışda 15 ölkədən idmançılar güclərini sınayırlar.
VI İslam Həmrəyliyi Oyunlarının...
Bakıda batut gimnastikası və tamblinq...
Azərbaycanın iki gimnastı Dünya...
Bakıda batut gimnastikası və tamblinq...
Azərbaycanın idman gimnastı Dünya...