ABŞ-nın Ədliyyə Naziri Kennedinin qətli ilə bağlı iş sənədlərini araşdırır
ABŞ-nın Ədliyyə Naziri Pam Bondi Prezident Donald Trampın göstərişi ilə keçmiş prezident Con Kennedinin öldürülməsi ilə bağlı məxfi sənədləri araşdırdığını bildirib.
“Fox News” televiziyasına müsahibəsində nazir Trampın göstərişinə uyğun olaraq Kennedi, onun qardaşı Robert Kennedi və Martin Lüter Kinqin sui-qəsdləri ilə bağlı məxfi sənədləri araşdırmağa başladığını açıqlayıb.
Qeyd edək ki, yanvarın 23-də ABŞ prezidenti Donald Tramp keçmiş prezident Kennedinin qətli ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən fərman imzalayıb.
Sözügedən fərman Kennedinin, eləcə də onun qardaşı Robert Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı bütün sənədlərin ictimaiyyətə açıqlanmasını nəzərdə tutur.
Türkiyəni ziyarət edənlərin sayında...
Fransa Port-Buet hərbi bazasını təhvil...
Braziliyada fövqəladə vəziyyət elan...
Los-Anceles meri səhlənkarlıq göstərdiyi...
ABŞ-nın Ədliyyə Naziri Kennedinin qətli...