22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Pakistanda mikroavtobusun dərəyə aşması nəticəsində bir ailənin 8 üzvü həlak olub
 

21-02-2025
IMG

Pakistanda səhər saatlarında Pəncab əyalətinin Kasur rayonunda mikroavtobusun dərəyə aşması nəticəsində bir ailənin 8 üzvü ölüb, xeyli sayda insan yaralanıb.

Fhnews.az xəbər verir ki, qəzadan qısa müddət sonra hadisə yerinə gələn xilasedicilər və təcili tibbi yardım qrupları yaralıları yerli xəstəxanaya çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Polis və xilasetmə əməkdaşlarının sözlərinə görə, qəza sürücünün yuxuya getməsi səbəbindən baş verib. Bildirilib ki, sərnişinlər toydan qayıdırmışlar.

Paylaş: