21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

AİB ilə Azərbaycan dəmiryolunun yeni istiqamətləri üzrə əməkdaşlıq müzakirə edilib

20-02-2025
IMG

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Asiya İnkişaf Bankının (AİB) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camalla görüşüb.

ADY-dən verilən məlumata görə, görüşdə iki qurum arasında səmərəli tərəfdaşlıq münasibətləri və AİB-in Azərbaycanın dəmiryol infrastrukturunun inkişafına dəstəyi yüksək qiymətləndirilib. Həmçinin AİB-in dəstəyi ilə həyata keçirilən Azərbaycan dəmiryol sisteminin rəqəmsallaşdırılması, Sumqayıt–Yalama dəmiryol xəttinin bərpası kimi layihələr və yeni istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Paylaş: