20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

Çinin 2 min metr dərinlikdə sualtı kosmik stansiya layihəsi təsdiqlənib

18-02-2025
IMG

Cənubi Çin dənizində 2 min metr dərinlikdə yerləşəcək sualtı kosmik stansiyası layihəsi  təsdiqlənib. Tədqiqat stansiyası təqribən 2030-cu ildə istifadəyə veriləcək və metanhidrat və nadir mineralların kəşfi üçün istifadə olunacaq. 

Cənubi Çin dənizi elmi baxımdan Çin üçün böyük geosiyasi əhəmiyyətə malikdir. “South China Morning Post”un məlumatına görə, Pekin administrasiyası Cənubi Çin dənizində kosmik stansiyanın tikintisinə icazə verib.

Bu stansiya və ya sualtı qayıq 2 min metr dərinlikdə yerləşəcək və təkcə elmi mərkəz deyil, həm də geosiyasi strateji nöqtə olacaq.

Zəngin təbii sərvətlərə malik Cənubi Çin dənizi bir çox ölkənin iddia etdiyi bölgədir. Tədqiqat stansiyasının təxminən 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılır və 6 tədqiqatçı qəbul edə bilir. Alimlər burada bir aya qədər qala bilərlər.

Tədqiqatçılar tərəfindən "dənizaltı kosmos stansiyası" adlandırılan bu yer xüsusilə soyuq qaynaqlar  olaraq bilinən dəniz dibindəki çıxışları araşdırmaq üçün istifadə ediləcək.

Bu qaynaqlar isti su kanallarından fərqli olaraq, isidilməmiş, lakin tez-tez metan tərkibli suyun dəniz dibindən çıxdığı yerlərdir.Onların tərkibində çox vaxt “metan hidrat” və ya “yanan buz” adlı maddə olur.

Qeyd edək ki, təkcə Cənubi Çin dənizində 70 milyard tondan çox metan hidratın olduğu təxmin edilir ki, bu da Çinin qurudakı neft və qaz ehtiyatlarının demək olar ki, yarısına bərabərdir.

Bundan əlavə, dənizin dibində kobalt, nikel və manqan kimi nadir minerallar var. Bu mineralların konsentrasiyası quru mədənlərindəkindən üç dəfə yüksək ola bilər.

Alimlərin fikrincə, dərin dəniz stansiyasının tikintisinə tezliklə başlanacaq. Plana əsasən, stansiya pilotsuz sualtı qayıqlar və suüstü gəmilərlə inteqrasiya olunmuş şəkildə işləyəcək və bununla da dördölçülü monitorinq şəbəkəsi yaradılacaq. Bundan əlavə, stansiyanın materikə fiber optik kabel vasitəsilə qoşulması planlaşdırılır.

Paylaş: