20 fevral 2025, cümə axşamı Bakı, 1°C
IMG-LOGO

ANAMA: Ötən həftə 935,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

17-02-2025
IMG

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən fevralın 10-dan 16-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 122, tank əleyhinə 51 mina və 306 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 935,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Paylaş: