20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

Ötən ay bərpaolunan enerji mənbələrindən elektrik istehsalı 100 milyon kilovatt-saata yaxın olub

18-02-2025
IMG

Cari ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay respublikada elektrik enerjisinin istehsalı 2 493,4 milyon kVt-st olub.

Energetika Nazirliyindən bildirilib ki, ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 2 224,9 milyon kVt-st, SES-lərdə 218,3 milyon kVt-st, digər mənbələr üzrə isə 50,2 milyon kVt-st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 2,9 milyon kVt-st, günəş elektrik stansiyalarında 26,4 milyon kVt-st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 20,9 milyon kVt-st elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 96,4 milyon kVt-st artım qeydə alınıb.

Ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 232,6 milyon kVt-st (İES-lərdə 2 021,6 milyon kVt-st, SES-lərdə 211 milyon kVt-st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 32 milyon kVt-st (İES-lərdə 22,4 milyon kVt-st, SES-lərdə 6,4 milyon kVt-st, GES-də 3,2 milyon kVt-st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 2 milyon kVt-st, müstəqil elektrik stansiyaları üzrə isə 226,8 milyon kVt-st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 157,4 milyon kVt-st, idxalı isə 11,2 milyon kVt-st olub.

Paylaş: