20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

İtaliyada ardıcıl zəlzələlər narahatlığa səbəb olub

18-02-2025
IMG

İtaliya mətbuatında yer alan xəbərlərdə Neapol yaxınlığındakı vulkanik bölgə olan Campi Flegreidə son 24 saatda baş verən 3,9 bal gücündə iki zəlzələ və bu səhər də davam edən artçı təkanların bölgə xalqının narahatlığına səbəb olduğu bildirilib.Xüsusilə dünən günorta və gecə baş verən iki zəlzələdən rayon əhalisinin narahatlıqla evlərini tərk etdiyi qeyd edilib.

Zəlzələlərdə can və mal itkisinin olmadığı bildirilib.Zəlzələlərin episentri olan Pozzuolidə ibtidai və orta məktəblərdə tədris müvəqqəti olaraq dayandırılıb.

Paylaş: