20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

Dövrünün mühüm təhsil mərkəzi olan Süleymaniyyə kompleksi

18-02-2025
IMG

Qanuni Sultan Süleyman və Memar Sinanın dövrün güc simvolu ilə memarlıq dühasının birləşməsindən ibarət olan Süleymaniyyə kompleksi Osmanlı İmperiyasının ən böyük komplekslərindən biridir.

1550-ci ildə inşasına başlanan və 7 ildə tamamlanan Süleymaniyyə Kompleksi iqtisadi və mədəni funksiyaları ilə klassik dövrün simvolu sayılır. Kompleksin müxtəlif sahələrdə təhsil verən yeddi mədrəsəsi arasında şəfa verən Tibb mədrəsəsi də var. Tibb mədrəsəsinin sağındakı bina xəstəxana olub.Burada əczaxana və hamam da yerləşirdi. Bu xəstəxananın digər Osmanlı xəstəxanalarından ən əhəmiyyətli fərqi burada ruhi xəstəliklər bölməsinin olması idi. Bu bölmədə xəstələrə xüsusi dərmanlar və musiqilər verilirdi.

Süleymaniyyə kompleksində ən çox diqqət çəkən bina təbii ki, Süleymaniyyə məscididir. Bu tikinti Memar Sinanın digər əsərləri kimi sadə, lakin möhtəşəmdir. Məscidin həyətinin dörd küncündə yerləşən dörd minarə Qanuninin İstanbulun fəthindən sonra dördüncü sultan olduğunu, on eyvan isə onun Osmanlı İmperatorluğunun onuncu sultanı olduğunu simvollaşdırır.

Kompleksdə Qanuni Sultan Süleyman, Hürrəm Sultan və Memar Sinanın məzarları da var.

Paylaş: