Arxeoloqlar Misir səhrasında nadir və qeyri-adi bir tapıntı aşkar ediblər
Misirdə tapılan nadir kəllənin 30 milyon il əvvəl yaşamış ovçuya aid olduğu ehtimal edilir. Bastetodon kimi tanınan və Misir ilahəsinin adını daşıyan bu növün iti dişləri və inanılmaz tutma gücü olub.
Mənsure Universiteti və Qahirədəki Amerika Universitetindən paleontoloq Şoruq Əl-Aşqar verdiyi açıqlamada bildirib ki, bu, qədim Hyaenodontanın yeni növü, müasir bəbir boyda ölümcül və çevik məməli heyvandır. Bastetodon kimi tanınan heyvan iti dişləri və güclü dişləməsi ilə ovunu, o cümlədən qədim Fayum meşələrində yaşayan hyraxları, filləri, begemotları və primatları parçalamaq üçün istifadə edirdi. Adını həzz və sağlamlığı simvolizə edən pişik başlı Misir ilahəsi Bastetdən alan bu qeyri-adi tapıntı ilə tədqiqatçılar ən azı 120 il əvvəl kəşf edilmiş yeni bir növü daha yaxşı anlamaq imkanı əldə ediblər.
Lufthansa aviaşirkəti Qazaxıstana...
Almaniyanın çip istehsalı müəssisəsinə...
Bu gün Ümumdünya Sosial Ədalət günüdür...
Türkiyə 5G texnologiyasına keçir...
Botsvana güclü yağışlar səbəbindən...