Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Pakistan İslam Respublikasının Senatının sədri Seyid Yusuf Rza Gilanini qəbul edib.
Fhnews.az xəbər verir ki, Seyid Yusuf Rza Gilani Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari və Baş naziri Məhəmməd Şahbaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Qonaq Bakıda COP29-un uğurla keçirilməsi münasibətilə bir daha təbriklərini çatdırdı.
Dövlətimizin başçısı Pakistanın Baş nazirinin COP29-da iştirakını məmnunluqla xatırlayaraq bunu yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə Pakistan arasında iqtisadi-ticari, energetika və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, uğurlu hərbi əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsindən məmnunluq ifadə olundu, parlamentlərimiz arasındakı əlaqələrin və hökumətlərarası komissiyanın işinin əhəmiyyəti qeyd edildi.
Azərbaycan ilə Pakistan arasında əlaqələrin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatında inkişafı və bu formatda üçtərəfli görüşlərin əhəmiyyətinə toxunuldu.
Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Prezident İlham Əliyev Türkiyə...
Prezident İlham Əliyev Artur Rasi-zadəyə...
Prezident İlham Əliyev İran İslam Şurası...
Azərbaycan Prezidenti İlham Əliyev...
Prezident İlham Əliyev İndoneziya...