22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Dünyanın ən uzun daş körpüsü

21-02-2025
IMG

Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan sərhədlərinə yaxın yerləşən Ədirnə şəhərindəki Ergene çayı üzərində 15-ci əsrdə inşa edilən ''Uzunköprü'' dünyanın ən uzun daş körpüsüdür. ‘‘Uzunköprü’’ 1427-1443 illər arasında Osmanlı Padşahı İkinci Muradın göstərişi ilə inşa edilib. 1270 metr uzunluğunda olan körpü dünyanın ən uzun daş körpüsüdür.

Əhəngdaşı və travertin daşları ilə inşa edilən bu möhtəşəm körpü Orta Asiyadan Balkanlara qədər geniş bir coğrafiyada müxtəlif mədəniyyətləri bir araya gətirən Osmanlı İmperiyasının motivləri ilə bəzədilib. Körpünün dayaqlarında və tağlarında güc və qüdrəti simvolizə edən bəzi heyvan fiqurları və bitki motivləri təsvir olunub. 

Bu monumental əsər sərt təbii şəraitə baxmayaraq altı yüz ildir özünü qoruyub-saxlayıb. Bu gün də istifadədə olan körpünün hündürlüyü iki yarım, eni isə dörd yarım metrdir. Körpüdə üçbucaqlı tarixi köşk və iki eyvan da mövcuddur. 

Qeyd edək ki, ''Uzunköprü'' 2015-ci ildə UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Paylaş: