21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Vəkillər Kollegiyasında cinayət-prosessual qanunvericiliklə bağlı yaradılmış İşçi Qrupun iclası keçirilib

19-02-2025
IMG

Fevralın 19-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasında cinayət-prosessual qanunvericiliklə bağlı yaradılmış İşçi Qrupunun iclası keçirilib.

ARVK-dan verilən məlumata görə, görüşdə çıxış edən Kollegiyanın sədri Anar Bağırov cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar, bunun hüquq sisteminə və vəkillik fəaliyyətinə təsirlərindən danışıb.

Görüşdə cinayət-prosessual qanunvericiliyə təkliflər, nəzərdə tutulan yeniliklərə bağlı İşçi Qrupunun üzvlərinin fikirləri işçi qaydada müzakirə olunub, vəkillərin bu proseslərdə rolu, eyni zamanda hüquqi müdafiə sisteminin təkmilləşdirilməsi imkanları dəyərləndirilib.

Müzakirələrin genişləndirilməsi və davam etdirilməsi məqsədəmüvafiq hesab edilib.

Paylaş: