Sabah ölkə ərazisində yağış və qar yağacaq – Proqnoz
Milli Hidrometerologiya Xidməti fevralın 19-na gözlənilən hava proqnozunu açıqlayıb.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli, axşamdan isə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-4° isti olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Bakının bəzi yollarında sıxlıq müşahidə...
Faktiki hava: Ölkə ərazisində...
Qeyri-sabit hava şəraiti 4 gün davam...
MEDİA: Kütləvi kiberhücumu Azərbaycanın...
Dağlıq rayonlarda 11 dərəcəyədək şaxta...