21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Qazaxıstan 80 yeni ölkə ilə hava əlaqəsi yaratmağı planlaşdırır

19-02-2025
IMG

2030-cu ilə kimi Qazaxıstandan 80 yeni ölkəyə uçuşlar həyata keçirilməsi planlaşdırılıb.

Fhnews.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, bunu ölkənin nəqliyyat nazirinin müavini Talqat Lastayev söyləyib. O bildirib ki, sərnişin axını 14.7 milyondan 26 milyona çatacaq.

Onun sözlərinə görə, yük axınının artırılması və hava nəqliyyatı qovşağının inkişafı üçün altı hava limanı (Astana, Almatı, Şımkənd, Aktobe, Karaqanda, Aktau) müəyyən edilib. Onların müasirləşdirilməsi üçün infrastrukturun yenilənməsi və logistik proseslərin asanlaşdırılmasına yönəlmiş beş əsas tədbir nəzərdə tutulub.

“Bu layihələrin həyata keçirilməsinə 2.1 milyard dollar özəl sərmayə cəlb edilməsi planlaşdırılıb. Məsələn, Aktauda aviasiya, avtomobil, dəmir yolu və dəniz marşrutundan istifadə etməklə yüklərin daşınmasını təmin edəcək multimodal mərkəzin yaradılması nəzərdə tutulub. Onun strukturunda təyyarələrin təmiri və xidmət göstərilməsi üçün texniki mərkəz, həmçinin mütəxəssislərin hazırlanması məqsədilə təlim mərkəzi olacaq”, - deyə o söyləyib.

Paylaş: