20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

Boliviyada avtobusun dərəyə aşması nəticəsində azı 31 nəfər ölüb

18-02-2025
IMG

Boliviyanın ictimai tranzit avtobusunun dərəyə aşması nəticəsində azı 31 nəfər ölüb.

Fhnews.az xəbər verir ki, daha 15 nəfər yaralanıb. Xəsarət alanlar arasında dörd azyaşlı da var, onlardan ikisinin vəziyyəti ağırdır.

Polisin ilkin məlumatına görə, hadisənin baş verməsinə səbəb sürücünün idarəetməni itirməsidir. Bildirilib ki, faciənin baş verdiyi yolun kəskin döngələri və sıldırım yamacları qəza riskini artırıb.

Paylaş: