20 fevral 2025, cümə axşamı Bakı, 1°C
IMG-LOGO

İtaliyada Etna dağından kül püskürməsi hava nəqliyyatında gecikmələrə səbəb olub

17-02-2025
IMG

İtaliyanın Siciliya adasındakı aktiv Etna vulkanının kül püskürməsi hava nəqliyyatında problemlər yaradıb. 

Kataniya Beynəlxalq Vincenzo Bellini Hava Limanından verilən açıqlamada Etnada atmosferə vulkanik kül atması səbəbiylə vulkanın cənub-qərbindəki hava sahəsinin yerli vaxtla saat 15:00-a qədər uçuşlara bağlandığı bildirilib. Açıqlamada qeyd olunub ki, hazırda Kataniya hava limanından uçan reyslərə heç bir məhdudiyyət yoxdur, lakin sərnişinlərdən uçuşların vəziyyətini yoxlamadan hava limanına gəlməmələri xahiş olunur. İtaliyanın “Rainews24” kanalının yaydığı xəbərə gorə, Etna dağında bir həftədən artıqdır davam edən vulkanik fəaliyyətlər səbəbiylə son 24 saat ərzində Kataniya Hava Limanından  32 uçuş başqa hava limanlarına yönləndirilib.

Xatırladaq ki,  son 8 gün ərzində Etna vulkanında müxtəlif nöqtələrdə lava axını, "Yeni Ağız" və "Cənub-Şərq" kraterlərində kül və lava püskürməsi kimi müxtəlif vulkanik fəaliyyətlər müşahidə edilir.

Paylaş: