20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

Qazaxıstanda şaxtanın çökməsi ilə bağlı xüsusi komissiya yaradılıb

18-02-2025
IMG

Qazaxıstanın Ulıtau vilayətinin Janaarka rayonunda "Jomart" mədənindəki şaxtanın çökməsi səbəblərinin araşdırılması və mümkün zərərçəkənlərə yardım göstərilməsi üçün xüsusi komissiya yaradılıb.

Fhnews.az Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edir.

Baş nazirin müavininə dövlət qurumlarının və təşkilatların fəaliyyətini əlaqələndirmək üçün dərhal hadisə yerinə getmək tapşırılıb.

Xatırladaq ki, "Jomart" mədənindəki şaxtada dağ süxurlarının çökməsi baş verib. Dağıntılar altında mədənin 7 işçisi qalıb. Hazırda xilasetmə bölmələri ərazidə qəza-xilasetmə işləri aparır.

Paylaş: