21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Lufthansa aviaşirkəti Qazaxıstana uçuşları bərpa edəcək

20-02-2025
IMG

Lufthansa aviaşirkəti təxminən beş həftəlik fasilədən sonra Qazaxıstanın Astana və Almatı şəhərlərinə uçuşları bərpa edəcəyini açıqlayıb.

Fhnews.az xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb. Bildirilib ki, aviaşirkət öz Airbus A340 və Airbus A330 təyyarələri ilə həftədə beş dəfə Almatıya, dörd dəfə isə Astanaya uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, Lufthansa aviaşirkəti 2025-ci il yanvarın ortalarından Frankfurtdan Qazaxıstanın Almatı, Astana şəhərlərinə uçuş tələbatının az olduğunu əsas gətirərək uçuşları dayandırmışdı.

Paylaş: