22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Qarlı havaya görə 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

21-02-2025
IMG

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. İki nəfərə cərrahi müalicə tətbiq olunub.

Paylaş: