Qarşıdakı 5 gün Bakı və Abşeron yarımadasında bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq
Bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında havanın temperaturu mənfi 2°-dək enəcək. Fevralın 21-dən sonra isə hətta gündüz saatlarında temperaturun 0°-dən aşağı olması, yolların buz bağlaması gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova verilən məlumata görə, Bakı və Abşeron yarımadasında mənfi temperatur və qar yağması prosesi ötən dövrlərdə 1-2 gün ərzində müşahidə olunurdusa, bu dəfə isə soyuq və qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq. Bu müddət ərzində havanın temperaturunun 0-3° şaxta olacağı, fasilələrlə qar yağacağı, güclənən şimal küləyi nəticəsində isə soyuq diskomfortunun daha da kəskinləşəcəyi proqnozlaşdırılır.
Nazirlik rəsmisi Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən qarlı, şaxtalı və küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən xəbərdarlıqlara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb: “Yolların buz bağlaması təhlükəsi olduğundan işlərimizi və fəaliyyətimizi hava durumuna uyğun qurmağımız şərtdir. Hava xəbərdarlıqlarından əvvəlcədən məlumatlı olub, ehtiyatlı davranmaq tövsiyə olunur”.
İşğaldan azad olunmuş ərazilərdə həyata...
Ən rekord şaxta 2012-ci ilin fevralında...
TƏBİB-in dəstəyi ilə ISO 7101:2023...
“Məşğulluğa dəstək layihəsi”...
Ali Məhkəmə avtoqəzalarla bağlı məhkəmə...