21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

THY əlverişsiz hava şəraiti səbəbiylə uçuşlarını təxirə salacaq

19-02-2025
IMG

“Türk Hava Yolları” Türkiyədə  gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün İstanbul Hava Limanından qalxan/enən bəzi reyslərin ləğv edildiyini açıqlayıb. THY-nin sosial media hesabından edilən açıqlamada bu ifadələr yer alıb:

" İstanbulda gözlənilən kəskin hava şəraiti ilə əlaqədar 19 fevral 2025-ci il tarixində İstanbul Hava Limanından qalxan və İstanbul Hava Limanına enəcək olan bəzi reyslərimiz ləğv edilib. Uçuşunuzun statusunu yoxlamaq, biletlerin geri qaytarılması və ya yenidən bron etmə seçimləriniz haqqında məlumat almaq üçün vebsaytımızda uçuş nömrənizi və ya marşrutunuzu daxil edərək uçuş statusunuzu izləyin."

Paylaş: