Dünyanın ilk qapalı ticarәt mәrkәzi- İstanbulun “Kapalıçarşı’’sı
Dünyanın әn qәdim ticarәt mәrkәzi olan ‘Kapalıçarşı’’ Fatih Sultan Mehmetin göstәrişi ilә inşa olunan tarixi alış-veriş mәrkәzidir. Ticarәt mәrkәzinin tәmәli 1460-ci ildә qoyulub. Bu il, yəni Kapalıçarşının inşasına başlanıldığı il, bazarın yaranma ili kimi qəbul edilir. Əsl böyük bazarı taxtadan Qanuni Süleyman tikdirib. Nəhəng bir labirint kimi, 66 küçəsi və 30.700 kvadrat metrlik sahədə 4000 mağazası olan Kapalıçarşı İstanbulun görülməli olan unikal mərkəzidir. Demək olar ki, bir şəhərə bənzəyən bu tamamilə örtülü şəhərçik zamanla inkişaf edib və böyüyüb. 15-ci əsrə aid qalın divarlı və bir sıra günbəzlərlə örtülmüş iki köhnə tikilinin ətrafı sonrakı əsrlərdə inkişaf edərək ticarət mərkəzinə çevrilmişdir.
‘‘Kapalıçarşı’’nı keçmişdә olduğu kimi bu gün dә çox sayda adam ziyarәt edir. Bura hәr gün tәxminәn 250 ilә 500 min arasında yerli vә xarici turistin üz tutduğu məkandır.
Lufthansa aviaşirkəti Qazaxıstana...
Almaniyanın çip istehsalı müəssisəsinə...
Bu gün Ümumdünya Sosial Ədalət günüdür...
Türkiyə 5G texnologiyasına keçir...
Botsvana güclü yağışlar səbəbindən...