Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 80-ə yüksəlib
Nigeriyada ilin əvvəlindən heyvanlardan insanlara keçən Lassa qızdırması səbəbindən həyatını itirənlərin sayı 80-ə yüksəlib. Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin verdiyi açıqlamada, ilin əvvəlindən bəri Lassa qızdırması epidemiyasının ölkənin 11 əyalətinin 63 bölgəsinə yayıldığı bildirilib. Açıqlamada 3-9 fevral tarixləri arasında ölkənin 8 əyalətində daha 54 nəfərdə Lassa qızdırması aşkar edildiyi və onlardan 10-nun dünyasını dəyişdiyi bildirilib. Beləliklə, bu il aşkar edilən Lassa qızdırması hallarının sayı 413, xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 80 olub.
Belə ki, sözügedən xəstəlikdən ölüm nisbəti 2024-cü ilin eyni dövründə 17,5 faizdən 19,4 faizə yüksəlib.Keçən il epidemiya səbəbindən ölkə üzrə 190 nəfər ölüb.
Xatırladaq ki, Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan etmişdi.
“Microsoft” 2030-cu ilədək kvant...
Norveçdə şimal işıqları: təbiətin...
Arxeoloqlar Homo sapiensə aid 80 min...
Astronomlar ilk dəfə Günəş sistemindən...
Çin Yerə yaxın asteroiddən nümunələr...