“Delta” sərnişinlərə qəza enişi ilə bağlı təzminat ödəyəcək
ABŞ-ın “Delta” aviaşirkəti Kanadanın Toronto şəhərində qəza enişi edən təyyarəsinin zərər çəkən sərnişinlərinə 30 min dollar təzminat təklif edib.
Fhnews.az xəbər verir ki, aviaşirkətin yaydığı məlumata görə, təzminatın ödənilməsi şərtsiz həyata keçiriləcək və sərnişinlərin hüquqlarına onun heç bir təsiri olmayacaq.
Xatırladaq ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərindən havaya qalxan təyyarə fevralın 17-də Torontoda qəza enişi edib. Göyərtəsində 80 nəfərin olduğu təyyarə hava limanının uçuş-eniş zolağına çırpılaraq arxası üstə çevrilib. Hadisənin səbəbləri hələ ki məlum deyil. Qəza nəticəsində 21 sərnişinin yaralandığı bildirilir.
Son zamanlar Şimali Amerikada bir neçə təyyarə qəzası baş verib. Yanvarın sonunda Vaşinqtonda sərnişin təyyarəsi eniş edərkən hərbi helikopterlə toqquşub. Qəza zamanı hər iki nəqliyyat vasitəsinin göyərtəsindəki 67 nəfərin hamısı həlak olub. İki gün sonra Filadelfiya üzərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində yeddi nəfər ölüb.
Sənətin içindəki gizli riyaziyyat...
Kolumbiyada meşələrin qırılması 2024-cü...
Ərzurumda 4,4 bal gücündə zəlzələ olub...
“Microsoft” 2030-cu ilədək kvant...
Norveçdə şimal işıqları: təbiətin...